satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın müdafiə naziri: "Şeytanla da əməkdaşlığa hazırıq”

Ermənistanın müdafiə naziri: "Şeytanla da əməkdaşlığa hazırıq”

“Biz şeytanla da əməkdaşlığa hazırıq”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Suren Papikyan parlamentdəki çıxışında deyib.

O bildirib ki, ordu üçün hər şey etməyə hazırdır: “Əsas odur ki, bunun ordumuza faydası olsun. Mövcud problemlərin həlli üçün mən hər şeyi etməyə hazıram”.

S.Papikyan həmçinin istefası ilə bağlı iddiaların əsassız olduğunu söyləyib: “Mən istefa verməyə hazırlaşmıram. Ordudakı islahatları başa çatdırmaq niyyətindəyəm”.

Nazir onu da qeyd edib ki, İrəvanın mərkəzindəki yeni tikilidən aldığı mənzili qaytarmağa hazırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM