satellite   Azerspace-1: 11135 H 30000

Doqquz müttəfiq ölkə Ukraynaya 150-dən çox "Leopard" tankı verəcək

Doqquz müttəfiq ölkə Ukraynaya 150-dən çox "Leopard" tankı verəcək

Ukraynanın doqquz müttəfiq ölkəsi hərbi yardım olaraq Kiyevə 150-dən çox "Leopard" tankı təqdim etməyi öhdəsinə götürüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin "Ramştayn" formatında keçirilən görüşün əvvəlində bildirib. Onun sözlərinə görə, Ukrayna tədarük ediləcək tankların köməyi ilə doqquz briqada yarada bilər.

"Ukraynanı "Leopard" tankları ilə təmin edən ölkələrin koalisiyası böyüməkdə davam edir", - Lloyd Ostin belə deyib.

O, həmçinin qeyd edib ki, son üç ay ərzində "Ramştayn" görüşlərinin bütün iştirakçıları Ukraynanın suverenliyini qorumaq imkanlarını gücləndirmək üçün əla liderlik nümayiş etdiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM