satellite   Azerspace-1: 11135 H 30000

Aİ Ukraynaya sursat istehsalı üçün 500 milyon avro ayıra bilər

Aİ Ukraynaya sursat istehsalı üçün 500 milyon avro ayıra bilər

Avropa İttifaqı (Aİ) 155 mm-lik döyüş sursatlarının istehsalı üçün Ukraynaya 500 milyon avro ayıra bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “RBC-Ukraina” maliyyə xidmətləri, maliyyə sabitliyi və kapital bazarları üzrə Avropa komissarı Meyrid Makqinnesin bəyanatına istinadən xəbər verir.

"Aİ-nin 155 mm-lik sursat sənayesinin potensialı əhəmiyyətli olaraq qalır və istifadə edilməlidir", - bəyanatda deyilir.

Qeyd olunur ki, hazırda bütün variantlar nəzərdən keçirilir, o cümlədən, zərurət yaranarsa, Aİ büdcəsinin istifadəsinə də baxılır.

"Xüsusən, biz bu yaxınlarda ümumi satınalmalar yolu ilə Avropa müdafiə sənayesini gücləndirmək üçün aktı müzakirəyə təqdim etdik. Ona görə, qısa müddətdə 500 milyon avro lazımi mərmilərin istehsalını sürətləndirmək üçün istifadə oluna bilər", - Makqinnes izah edib.

Avropa Komissiyası həmçinin sursat istehsalını artırmaq üçün özəl şirkətlərdən vəsait cəlb etmək üçün tədbirlər görməyə hazırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM