satellite   Azerspace-1: 11135 H 30000

Ötən il Ermənistanda hərbçilərə 143 cinayət işi açılıb

Ötən il Ermənistanda hərbçilərə 143 cinayət işi açılıb

2022-ci ildə Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrinin hərbi qulluqçularına qarşı 143 cinayət işi açıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Ermənistan Respublikası hökumətinin 2022-ci il üçün proqramının (2021-2026-cı illər) icrasının gedişi və nəticələri haqqında” hesabatda deyilir.

Sənədə əsasən, cinayət işlərindən 17-si dövlətə xəyanət maddəsi, 47-si korrupsiya faktı, 9-u silah və döyüş sursatının qanunsuz dövriyyəsi, 12-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 58-i digər cinayətlər üzrə başlanıb.

Bundan başqa, 2022-ci ildə Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsində dövlətə xəyanət və casusluqla bağlı 26 cinayət işi araşdırılıb. 17 fakt üzrə cinayət işi məhkəməyə göndərilib. Eyni zamanda 11 cinayət işinin istintaqı davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM