satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda narkotik vasitələrin qanunsuz idxalı artıb

Ermənistanda narkotik vasitələrin qanunsuz idxalı artıb

Ermənistanın hüquq-mühafizə orqanları və gömrük xidmətləri demək olar, hər gün narkotik kuryerlərinin həbs edildiyini bildirir, ölkədə qaçaqmalçılıq hallarının sayı ciddi şəkildə artıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin (vergi və gömrük xidmətlərini birləşdirən qurum-red) sədri Rüstəm Badasyan məlumat verib.

O xatırladıb ki, Komitə daha əvvəllər “kristal” tipli narkotiklərin aşkarlanması ilə bağlı bir neçə fakt barədə bildirib. Son illər bu tipli narkotiklərin daşınması cəhdlərinin sayı kəskin şəkildə artıb və birbaşa, keçid məntəqələri və poçt vasitəsilə və sərhədi qanunsuz keçməyə cəhd zamanı daşımaq cəhdləri olub.

Badasyan qeyd edib ki, “kristal” tipli narkotik maddə digər ölkələr üçün də problemdir və onun dövriyyəsini cilovlamaq üçün təşəbbüslər həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM