satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Zelenskinin Baxmutla bağlı qərarını dəstəkləyir

ABŞ Zelenskinin Baxmutla bağlı qərarını dəstəkləyir

ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskinin Baxmut şəhərini müdafiə etmək qərarını dəstəkləyir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramştayn” formatının 10-cu görüşündən sonra keçirdiyi brifinqdə ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib.

“Ukraynalılar Baxmut ərazisində qeyri-adi iş görüblər. Ruslar 7 aydır ki, bu şəhəri ələ keçirmək istəyirlər, lakin Ukrayna Silahlı Qüvvələrinin səyləri nəticəsində, onlar buna nail olmayıblar”, - deyə Ostin əlavə edib.

Pentaqon rəhbərinin sözlərinə görə, Zelenski silahlı qüvvələri müvəqqəti geri çəksə belə, bu, müharibəni uduzmaq demək olmayacaq.

“Bu şəhər əhəmiyyətlidir. Prezident Zelenski döyüşür, o, şəhərin müdafiəsi üçün nəyin vacib və nəyin əhəmiyyətsiz olduğuna dair qərarların qəbulunda xüsusi olaraq iştirak edir”, - deyə Ostin vurğulayıb.

“Biz Zelenskinin istənilən qərarını dəstəkləyəcəyik. İndi ümid edirik ki, ukraynalılara döyüş meydanındakı dinamikanı dəyişmək imkanı yaradacağıq”, - deyə ABŞ müdafiə naziri əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM