satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti: Millətimiz bu dəstəyinizi heç zaman unutmayacaq

Türkiyə Prezidenti: Millətimiz bu dəstəyinizi heç zaman unutmayacaq

Fevralın 6-da yaşadığımız zəlzələnin yol açdığı dağıntılar səbəbindən beynəlxalq yardım çağırışı etdik. Türk dünyası köməyə ilk çatanlar arasında yer aldı.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Türkiyə Prezidenti bildirib ki, türk dövlətlərindən olan xilasedicilər bir çox vətəndaşımızı yenidən həyata qaytardı.

“Əziz millətimiz bu dəstəyinizi heç bir zaman unutmayacaq. Avropa İttifaqı Komissiyası və hazırkı sədr İsveç tərəfindən martın 20-də Beynəlxalq Donorlar Konfransı təşkil ediləcək. Bu beynəlxalq yardım fəaliyyətinə də dəstək verəcəyinizə şübhə etmirəm”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM