satellite   Azerspace-1: 11135 H 30000

Zelenski və Sunak Baxmutun müdafiəsini müzakirə ediblər

Zelenski və Sunak Baxmutun müdafiəsini müzakirə ediblər

Martın 16-da Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə telefon danışığı aparıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Zelenski teleqram səhifəsində məlumat verib.

Prezidentin sözlərinə görə, Sunakla söhbət zamanı cəbhədəki vəziyyəti və Baxmutun müdafiəsini müzakirə ediblər.

"Biz son beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi apardıq. Həmişə olduğu kimi, Ukraynaya müdafiə və iqtisadi dəstəyin gücləndirilməsi istiqamətində konkret nəticələr var", - deyə V.Zelenski vurğulayıb.

O, həmçinin Ukraynaya göstərdiyi daimi dəstəyə görə Böyük Britaniyaya minnətdarlığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM