satellite   Azerspace-1: 11135 H 30000

Fransa həmkarlar ittifaqları pensiya islahatlarına qarşı tətilləri davam etdirəcək

Fransa həmkarlar ittifaqları pensiya islahatlarına qarşı tətilləri davam etdirəcək

Fransanın ən böyük həmkarlar ittifaqları Fransanın baş naziri Elizabet Bornun parlamentdə səsvermədən yan keçməklə müvafiq qanunun qəbulu barədə qərarından sonra pensiya islahatlarına qarşı etiraz və tətilləri davam etdirmək niyyətindədir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Ümumi Əmək Konfederasiyası" həmkarlar ittifaqının nümayəndəsi Ketrin Perret bildirib.

“Həmkarlar ittifaqı pensiya islahatının geri götürülməsini tələb etməyə davam edəcək. Həmçinin böyük tətil və nümayişlərin martın 23-də keçirilməsinin tərəfdarıdır”, - deyə K.Perret qeyd edib.

O, yanvarın 19-dan bəri ölkə daxilində həmkarlar ittifaqlarının sakit və məqsədyönlü etiraz aksiyaları keçirdiklərini söyləyib. Vurğulayıb ki, qanun layihəsinin Konstitusiyanın 49-cu maddəsi vasitəsilə zorla qəbul edilməsi “ağır sosial böhran dövründə demokratiyanın əsl inkarıdır”.

"Bu islahat zəhmətkeş vətəndaşların fikrincə qəddar, ədalətsiz və əsassızdır", - deyə o, fikrini yekunlaşdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM