satellite   Azerspace-1: 11135 H 30000

Şimali Koreya lideri: Pxenyan nüvə silahına eyni silahla cavab verəcək

Şimali Koreya lideri: Pxenyan nüvə silahına eyni silahla cavab verəcək

Şimali Koreya lideri Kim Çen In “Hvason-17” qitələrarası ballistik raketinin buraxılışından sonra nüvə silahına nüvə silahı ilə cavab verəcəyini bildirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Koreya səsi" radiostansiyası məlumat yayıb.

Şimali Koreya lideri həmçinin vurğulayıb ki, hər hansı formada silahlı münaqişələrə və müharibəyə tam hazır olmaq üçün Strateji Silahlı Qüvvələrin çevik reaksiyaya hazırlığı ciddi şəkildə qorunmalıdır.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreya martın 16-da “Hvason-17” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM