satellite   Azerspace-1: 11135 H 30000

Netanyahu İsrailin Ukraynaya niyə silah verə bilmədiyini açıqlayıb

Netanyahu İsrailin Ukraynaya niyə silah verə bilmədiyini açıqlayıb

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Rusiya ilə uzunmüddətli razılaşmalara görə Ukrayna Ordusunu silahla təmin edə bilməz.

O xatırladıb ki, bir neçə il əvvəl İsraillə Rusiya Federasiyası arasında saziş bağlanıb. Daha sonra tərəflər İsrail və Rusiya pilotlarının Suriya hava məkanı yaxınlığında yan-yana uçması barədə razılığa gəliblər. Bu, İranın İsrail üçün “üçüncü cəbhə” açmasına mane olur.

“Amma bu məhdudiyyətlər və bu mülahizələr çərçivəsində biz Ukraynaya humanitar və müdafiə dəstəyi verməyə çalışırıq ki, bu da biz burada danışarkən baş verir. Biz Ukraynanı təkcə humanitar vasitələrlə dəstəkləmirik, həm də mülki müdafiəyə yardım edirik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM