satellite   Azerspace-1: 11135 H 30000

Norveç altı “MH-60R Seahawk” çoxməqsədli dəniz helikopteri sifariş edib

Norveç altı “MH-60R Seahawk” çoxməqsədli dəniz helikopteri sifariş edib

Norveç mövcud NH90 dəniz helikopter parkını əvəz etmək üçün altı ədəd “MH-60R Seahawk” sifariş edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilk yeni helikopterin çatdırılması 2025-ci ildə həyata keçiriləcək. Yeni helikopterlər Norveçin ötən ilin iyununda istifadəsini dayandırdığı NH90-ları əvəz edəcək.

İlkin olaraq helikopterlərin Norveç Sahil Mühafizəsi tərəfindən istifadə ediləcəyi gözlənilir, lakin sonradan onların sualtı qayıqlara qarşı əməliyyatlar üçün də uyğunlaşdırılması planlaşdırılır.

Müdafiə Nazirliyinin hesablamalarına görə, satınalmanın ümumi dəyəri təxminən 12 milyard NOK (1,1 milyard ABŞ dollarından çox) təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM