satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə sel nəticəsində ölənlərin sayı 17-yə çatıb

Türkiyədə sel nəticəsində ölənlərin sayı 17-yə çatıb

Türkiyənin Adıyaman və Şanlıurfa şəhərlərində baş verən sel nəticəsində ölənlərin sayı 17-yə çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar Şanlıurfada jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 3 nəfər itkin düşüb.

Nazirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin selin fəsadlarının aradan qaldırılması istiqamətində mübarizəsi davam edir: “Pessimizmə ehtiyac yoxdur, yaralar sağalacaq”.

Qeyd edək ki, martın 14-də Adıyaman və Şanlıurfa şəhərlərində sel olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM