satellite   Azerspace-1: 11135 H 30000

İrəvan meri istefa verib

İrəvan meri istefa verib

Ermənistanın paytaxtı İrəvan şəhərinin meri Qraçi Sarkisyan vəzifəsindən istefa verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

O, martın 17-də İrəvan şəhər Ağsaqqallar Şurasının növbədənkənar iclası zamanı istefa ərizəsini təqdim edib.

Q.Sarkisyan iclasdakı çıxışı zamanı 2021-ci ilin sonunda çətin siyasi dövrdə vəzifəsinin icrasına başladığını xatırladıb. Onun istefasına səbəb olaraq hakim partiya ilə arasındakı ziddiyyət göstərilir.

Q.Sarkisyan 2021-ci il dekabrın 25-də vəzifəsinin icrasına başlayıb. Növbəti seçkiyədək mer vəzifəsini vitse-mer Tiqran Avinyan icra edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM