satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN Avropa Parlamentinin Ermənistanla bağlı hesabatını əsassız adlandırıb

Türkiyə XİN Avropa Parlamentinin Ermənistanla bağlı hesabatını əsassız adlandırıb

“Avropa Parlamentinin 15 mart 2023-cü il tarixli “Aİ-Ermənistan münasibətləri” adlı növbəti hesabatında ölkəmiz və 1915-ci il hadisələri ilə bağlı əsassız iddialara yer verməkdə israr etdiyi görülməkdədir”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib.

“Tarixi faktlarla, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlərin bizim üçün heç bir əsası yoxdur. Biz Avropa Parlamentini bu cür birtərəfli və əsassız iddiaları təkrarlamaqdansa, siyasi əxlaqa və beynəlxalq hüquqa uyğun hərəkət etməyə dəvət edirik”, - XİN rəsmisi vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM