satellite   Azerspace-1: 11135 H 30000

BMT Əfqanıstana ərzaq yardımını azaldıb

BMT Əfqanıstana ərzaq yardımını azaldıb

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) maliyyə vəsaiti çatışmazlığı səbəbindən mart ayında Əfqanıstana humanitar yardım göstərilməsini azaldıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi BMT-yə istinadən xəbər verir ki, yardımın azaldılması azı 4 milyon nəfərə birbaşa təsir edəcək.

ÜƏP beynəlxalq ictimaiyyəti böhran içində olan ölkədə humanitar fəaliyyətin maliyyələşdirilməsi üçün təcili olaraq vəsait ayırmağa çağırıb.

Təşkilat ölkədə 6 milyon nəfərin aclığın bir addımlığında olduğunu, əhalinin üçdə ikisinin – təxminən 28 milyondan çox insanın humanitar yardıma ehtiyac duyduğunu açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM