satellite   Azerspace-1: 11135 H 30000

DPA: Belçika Ukraynaya 230 ədəd hərbi maşın tədarük edəcək

DPA: Belçika Ukraynaya 230 ədəd hərbi maşın tədarük edəcək

Belçika gələn həftədən etibarən Ukraynaya 230 ədəd müxtəlif növ hərbi maşın tədarük etməyə başlayacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə DPA agentliyi Belçikanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Tədarük partiyasına 150 hərbi yük avtomobili və 80 ədəd çoxməqsədli zirehli maşın daxildir. Krallığın Müdafiə Nazirliyi agentliyə bildirib ki, onların çatdırılması gələn həftə başlamalıdır.

Agentlik təhvil veriləcək avtomobillərin modellərinin adını açıqlamır. Qeyd olunur ki, hərbi nəqliyyat vasitələrinin Ukraynaya göndərilməsi ilə bağlı qərarı ölkə hökuməti yanvarın sonunda qəbul edib.

Belçika yanvar ayında Kiyevə 92 milyon avroluq hərbi yardım paketi ayıracağını açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM