“Togg”un T10X modeli üçün 24 saatda 22 mindən çox sifariş qəbul olunub

“Togg”un T10X modeli üçün 24 saatda 22 mindən çox sifariş qəbul olunub

Türkiyənin ilk yerli avtomobili “Togg”un T10X modeli üçün ilkin sifariş prosesinə başlanılıb. “Togg T10X” modeli üçün ilk 24 saatda 22 min 150 sifariş qəbul olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sifariş prosesi başa çatdıqdan sonra martın 28-də rəqəmsal tiraj keçiriləcək. Bu il cəmi 20 min avtomobilin təhvil verilməsi planlaşdırılır.

“Togg”un ən ucuz modeli olan T10X-un qiyməti 953 min TL-dir.

2022-ci ildə kütləvi istehsalına başlayan “Togg”un ilk tədarükü aprel ayında olacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM