satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN: AP-nin tarixi faktlarla və beynəlxalq hüquq normaları ilə bir araya sığmayan fikirləri bizim üçün keçərli deyil

Türkiyə XİN: AP-nin tarixi faktlarla və beynəlxalq hüquq normaları ilə bir araya sığmayan fikirləri bizim üçün keçərli deyil

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Avropa Parlamentinin (AP) “Aİ-Ermənistan əlaqələri” hesabatını dəyərləndirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, Tanju Bilgiç hesabatda 1915-ci il hadisələri ilə bağlı qeyd olunanlara münasibət bildirərkən, “Tarixi faktlarla və beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlər bizim üçün keçərli deyil” deyib.

Bilgiç qeyd edib ki, Avropa Parlamentinin adi bir hesabatda belə 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə əsassız iddialar irəli sürməkdə israrlı olduğu görünür.

“Tarixi faktlar və beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlərin bizim üçün heç bir əsası yoxdur. Biz Avropa Parlamentini bu cür təktərəfli və əsassız iddiaları təkrarlamaqdansa, siyasi əxlaqa və beynəlxalq hüquqa uyğun hərəkət etməyə dəvət edirik”, - deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM