satellite   Azerspace-1: 11135 H 30000

PKK terror təşkilatının maliyyə məsələlərinə məsul şəxsi öldürülüb

PKK terror təşkilatının maliyyə məsələlərinə məsul şəxsi öldürülüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Hələb və Tel-Rıfat bölgələri üzrə maliyyə məsələlərinə məsul nümayəndəsi “Hamza Kobani” kod adlı Mehmet Yıldırımı zərərsizləşdirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hələbin Şeyx Maqsud bölgəsində həyata keçirilən əməliyyatla zərərsizləşdirilən Mehmet Yıldırım 1986-cı ildə PKK terror təşkilatına qatılıb.

Mehmet Yıldırım Türkiyə və İraqda terror fəaliyyətlərindən sonra 2015-ci ildə Suriyaya keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM