Kreml: Putinin Mariupola səfəri əvvəlcədən planlaşdırılmayıb

Kreml: Putinin Mariupola səfəri əvvəlcədən planlaşdırılmayıb

Rusiya Prezidenti Vladimir Putinin Mariupola səfəri əvvəlcədən planlaşdırılmayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü deyib ki, Putinin Mariupola bütün səfəri, onun şəhər ətrafında hərəkəti planlaşdırılmayıb: "Kortej olmayıb, prezident maşın sürərkən bütün yol qaydalarına əməl edib. Ümumiyyətlə, bu, tammiqyaslı işgüzar səfər idi".

Kreml rəsmisi Putinin Rostov-na-Donudakı Xüsusi Hərbi Əməliyyatın komanda məntəqəsinə səfərinin də əvvəlcədən planlaşdırılmadığını, əsas məqsədin məntəqənin işini adi rejimdə yoxlamaqdan ibarət olduğunu söyləyib.

Xəbər lenti
Goranboyda zəlzələ olub

09:59 23.04.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM