Türkiyədə prezidentliyə namizədlər üçün müraciət prosesi başlayıb

Türkiyədə prezidentliyə namizədlər üçün müraciət prosesi başlayıb

Türkiyədə prezidentliyə namizədlər üçün Ali Seçki Qurumuna müraciət prosesi başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, mayın 14-də keçiriləcək prezident seçkiləri və parlament seçkiləri təqviminə əsasən, seçicilər tərəfindən prezidentliyə namizəd göstərilmək istəyənlər üçün müraciət müddəti sabah saat 17.00-da başa çatır.

Müraciəti rədd edilənlər müraciətlərinə yenidən baxılması üçün 21 mart saat 15.00-a qədər yenidən müraciət edə bilərlər. Müraciətlərə baxılaraq həmin gün saat 17.00-a qədər cavab veriləcək.

Bundan sonrakı mərhələdə seçicilər tərəfindən namizəd göstərilənlər ən azı 100 min imzanı 22 mart-27 mart tarixlərində toplamalıdırlar.

Siyasi partiyaların prezidentliyə namizəd üçün müraciətlərinin qəbul edilməsi müddəti isə 23 mart saat 17.00-da başa çatacaq.

Prezidentliyə namizədliyi təsdiqlənənlərin yekun siyahısı martıq 31-də “Resmi Gazete”-də yayımlanacaq və təbliğat kampaniyası mərhələsi başlayacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM