satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə dəstək məqsədilə konfrans keçirəcək

Avropa İttifaqı Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə dəstək məqsədilə konfrans keçirəcək

Avropa Birliyi Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə maliyyə dəstəyi toplamaq üçün sabah Belçikanın paytaxtı Brüsseldə Beynəlxalq Donorlar Konfransı keçirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “TRT Haber”ə istinadla xəbər verir ki, Avropa İttifaqının (Aİ) elan etdiyi konfrans Türkiyənin koordinasiyası ilə Aİ Komissiyası və Avropa Şurasının müvəqqəti sədri İsveç tərəfindən birgə təşkil edilib.

Konfransa Avropa İttifaqına üzv, namizəd və potensial namizəd ölkələr, qonşu və tərəfdaş ölkələr, Rusiya istisna olmaqla G20 üzvləri, Körfəz Əməkdaşlıq Şurasının üzvləri, Birləşmiş Millətlər Təşkilatı (BMT), humanitar fəaliyyət göstərənlər, Avropa və beynəlxalq maliyyə qurumları dəvət olunub.

Konfransın açılışında Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və İsveçin Baş naziri Ulf Kristersson çıxış edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM