satellite   Azerspace-1: 11135 H 30000

Çin liderinin Rusiyaya səfəri başlayıb

Çin liderinin Rusiyaya səfəri başlayıb

Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Bu gün S.Cinpin və V.Putin arasında qeyri-rəsmi görüş olacaq. Dövlət başçıları birgə narah edəcəklər.

Martın 21-də S.Cinpin və V.Putin arasında rəsmi görüş keçiriləcək.

Səfər çərçivəsində Moskva və Pekin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Liderlər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub.

Səfər çərçivəsində Ukraynadakı vəziyyət və başqa beynəlxalq məsələlərin də müzakirə olunacağı gözlənilir.

Çin liderinin səfəri martın 22-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM