satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini ötüb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini ötüb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 096 nəfərə çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) sədri Yunus Sezer bildirib.

O qeyd edib ki, yaralıların sayı isə 107 204 nəfərdir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM