satellite   Azerspace-1: 11135 H 30000

Rusiya və Çin rəhbərləri danışıqların yekunlarına dair iki sənəd imzalayıblar

Rusiya və Çin rəhbərləri danışıqların yekunlarına dair iki sənəd imzalayıblar

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Moskvada keçirilən danışıqların yekunlarına dair iki sənəd imzalayıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və bu ölkədə dövlət səfərində olan Çin lideri Si Cinpin arasında Kremldə baş tutan danışıqlar mətbuat konfransı, eləcə də iki ölkə arasında hərtəfəli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət haqqında bəyanat, habelə 2030-cu ilədək Rusiya-Çin iqtisadi əməkdaşlığının inkişaf istiqamətlərinə dair bəyanatın imzlanması ilə başa çatıb.

Görüşün yekunlarına dair keçirilən mətbuat konfransında V.Putin danışıqları konstruktiv qiymətləndirib, iqtisadi və ticarət sahələrində əməkdaşlığı genişləndirmək imkanlarının olduğunu bildirib. O qeyd edib ki, beynəlxalq məsələlərin əksəriyyətində Rusiya və Çinin mövqeləri üst-üstə düşür. V.Putin Ukrayna böhranının həllinə dair Çin planının nizamlama üçün əsas götürülə biləcəyini vurğulayıb.

ÇXR Sədri Si Cinpin rusiyalı həmkarı ilə danışıqların səmimi və dostluq şəraitində keçdiyini, Çin-Rusiya əlaqələrinin müasir dünya düzənində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Rusiya və Çinin beynəlxalq münasibətlərin təməl normalarına əməl olunmasına çalışacaqlarını deyib. Si Çinpin ölkəsinin Ukrayna münaqişəsində BMT Nizamnaməsinin prinsiplərini rəhbər tutduğunu, münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM