satellite   Azerspace-1: 11135 H 30000

Pakistan və Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı artıb

Pakistan və Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı artıb

Pakistan və Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı artıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi CNN-ə istinadla xəbər verir ki, Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsi Şərafət Zaman Amar azı 4 nəfərin öldüyünü, 70 nəfərin isə yaralandığını bildirib.

Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin əməkdaşı Şəfiullah Rəhimi isə axtarış-xilasetmə qruplarının daha çox zərər çəkmiş kəndlərə çatdıqca, ölənlərin sayının arta biləcəyini deyib. “Zəlzələdən zərər çəkmiş bəzi rayonlar mərkəzdən uzaqda yerləşir və mobil telefon xidməti yoxdur”, - deyə Rəhimi bildirib.

Pakistanın Fövqəladə Hallar Xidmətinin sözçüsü Bilal Faizi isə ölkənin şimal-qərbində müxtəlif bölgələrdə evlərin damının uçması nəticəsində 9 nəfərin öldüyünü açıqlayıb.

ABŞ Geoloji Xidməti 6,5 bal gücündəki zəlzələnin episentrinin Əfqanıstanın Pakistan və Tacikistanla həmsərhəd dağlıq Hindukuş bölgəsində Jurm şəhərindən 40 kilometr cənub-şərqdə olduğunu bildirib. Zəlzələ Yerin 188 kilometr dərinliyində baş verib və geniş ərazidə hiss edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM