satellite   Azerspace-1: 11135 H 30000

Makron yenidən prezidentliyə namizəd olmaq niyyətində deyil

Makron yenidən prezidentliyə namizəd olmaq niyyətində deyil

Fransa prezidenti Emmanuel Makron ölkənin pensiya sistemində islahatların fonunda bildirib ki, o, yenidən prezidentliyə namizəd olmağı planlaşdırmadığı üçün seçkilərdəki reytinqini ölkənin maraqları naminə qurban verməyə hazırdır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, o bu barədə “TF1” və “France 2” telekanallarına müsahibəsində deyib.

“Mən yenidən seçilmək fikrində deyiləm, konstitusiyaya görə bunu edə bilmərəm. Ani ictimai rəy sorğuları ilə ölkənin maraqları arasında mən ikincini seçəcəyəm. Qeyri-populyarlıqla üzləşməli olsam, buna hazıram”.

Dövlət başçısı etiraf edib ki, “qanuni qəzəbi söndürməyə çalışmaq” onun öhdəliyindədir, lakin qəzəbin zorakılığa çevrilməməli olduğunu vurğulayıb və bunu qəbuledilməz adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM