satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın yenidən bərpası 411 milyard dolar dəyərində qiymətləndirilir

Ukraynanın yenidən bərpası 411 milyard dolar dəyərində qiymətləndirilir

Dünya Bankı, Avropa Komissiyası və Kiyevdəki səlahiyyətlilər Ukraynanın yenidən qurulmasını 411 milyard dollar dəyərində qiymətləndirirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS-a istinadla xəbər verir ki, bu barədə Röyters məlumat yayıb.

Məlumata görə, qeydedilən məbləğ 2022-ci il üçün hesablamalara görə, Ukraynanın ÜDM-sindən 2,6 dəfə çoxdur.

“2022-ci ilin sentyabrında analoji araşdırma Ukraynanın yenidən qurulmasının dəyərini 349 milyard dollar qiymətləndirib. Bu il ölkənin yenidənqurma üçün 14 milyard dollar investisiyaya ehtiyacı var. Ukraynanın enerji sisteminə dəyən ziyan 2022-ci ilin iyun ayına olan təxminlərlə müqayisədə 5 dəfə artıb”, - deyə məlumatda bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM