satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: Avropa Şurasına qayıtmayacağıq

Rusiya XİN: Avropa Şurasına qayıtmayacağıq

Rusiya son bir ildə əmin oldu ki, Avropa Şurasından (AŞ) çıxmaq düzgün qərardır və bu təşkilata qayıtmayacağıq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı departamentinin direktoru Nikolay Kobrinets deyib.

“Son bir il ərzində biz seçimin düzgünlüyünə əmin olduq. Strasburqla "ayrılmağımız" şıltaqlıq deyil, bir neçə il ərzində hasil olmuş yaxşı düşünülmüş qərardır. İndiki Şura heç də 1996-cı ildə qoşulduğumuz təşkilat deyil... İkili standartlar, ikiüzlülük və rusofobiya onun xarakterik əlamətlərinə çevrilib”, - deyə o bildirib.

Kobrinets qeyd edib ki, Avropa Şurasının Xartiyasında bəyan edilən birləşdirici prinsiplər və demokratik ideallar blok maraqlarına qurban verilib. Onun sözlərinə görə, Qərb təşkilatı özünün ideoloji əlavəsinə çevirib və ondan Rusiyaya təzyiq göstərmək üçün istifadə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM