satellite   Azerspace-1: 11135 H 30000

Fransanın məşhur aktrisası pensiya islahatlarına qarşı etirazlara qoşulub

Fransanın məşhur aktrisası pensiya islahatlarına qarşı etirazlara qoşulub

Məşhur fransalı aktrisa və “Oskar” mükafatı laureatı Jülyet Binoş Fransada pensiya islahatlarına qarşı keçirilən etirazlara qoşulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Variety”yə istinadən xəbər verir ki, “İngilis pasiyent” filminin ulduzu 300 digər kinematoqraf, o cümlədən “Oskar” mükafatlı fransız rejissor Mişel Xazanaviçius (“Artist” filmi) ilə birlikdə Fransa Prezidenti Emmanuel Makrona pensiya layihəsinin geri götürülməsini tələb edən açıq kollektiv məktub imzalayıb.

“Siz ədalətsiz, səmərəsiz və əhalinin ən həssas təbəqələrinə daha ciddi təsir göstərən pensiya islahatı həyata keçirmək qərarına gəldiniz. Sizin islahatınız ölkə vətəndaşlarının böyük əksəriyyəti tərəfindən rədd edildi”, - məktubda deyilir.

Qeyd edək ki, davam edən etirazlara, tətillərə baxmayaraq, keçən həftə Fransa hökuməti pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM