Fransada iğtişaşlar zamanı onlarla nümayişçi yaralanıb

Fransada iğtişaşlar zamanı onlarla nümayişçi yaralanıb

Fransanın qərbindəki Sen-Solin kommunası yaxınlığında kənd təsərrüfatı məqsədləri üçün suvarma hövzələrinin yaradılmasına qarşı etiraz edən onlarla nümayişçi yaralanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə aksiya təşkilatçılarının nümayəndəsi, Soulevements de la Terre assosiasiyasının fəalı Lena Lazar məlumat verib.

“Bir çox nümayişçi yaralanıb, o cümlədən onlarla insan ağır yaralanıb. Onlardan üçünün həyatı təhlükədədir, daha üç nəfər huşsuz vəziyyətdədir", - deyə o bildirib. Lazar qeyd edib ki, nümayişçilər polisin istifadə etdiyi rezin güllələrdən, həmçinin qaz qumbaralarından xəsarət alıblar.

Qarşıdurma zamanı polis gözyaşardıcı qaz qumbaralarından və su şırnaqlarından fəal şəkildə istifadə edib.

Sen-Solin kommunası ərazisində suvarma hövzələrinin tikintisinə qarşı etiraz 2022-ci ildən davam edir. Ümumilikdə layihəyə görə, ərazidə ümumi həcmi bir neçə yüz min kubmetr su tutumu olan 16 su anbarı yaradılmalıdır. Fermerlər və səlahiyyətlilər yay quraqlığı zamanı əkinləri suvarmaq üçün həmin anbarlardan istifadə etməyi planlaşdırırlar. Yerli sakinlər isə torpağın münbitliyinin azalacağını, eləcə də təbii su ehtiyatlarının tükənəcəyini və nəticədə ətraf mühitə zərər dəyəcəyini bildirərək, bu plana qarşı çıxırlar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM