Pentaqon: Rusiyanın nüvə silahından istifadə etməyə hazır olduğuna dair heç bir məlumat yoxdur

Pentaqon: Rusiyanın nüvə silahından istifadə etməyə hazır olduğuna dair heç bir məlumat yoxdur

ABŞ administrasiyasında Rusiyanın nüvə silahından istifadə etmək niyyətini göstərən hər hansı kəşfiyyat məlumatı yoxdur. Buna görə də nüvə qüvvələrinin yerləşdirilməsinə düzəliş etmək üçün heç bir səbəb görmür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Pentaqonun mətbuat xidməti Moskvanın Minskin tələbi ilə öz taktiki nüvə silahlarını Belarusda yerləşdirmək qərarını şərh edərkən bildirib.

“Biz Rusiyanın bu açıqlaması ilə bağlı xəbərləri görmüşük və vəziyyəti izləməyə davam edəcəyik. Bizim öz nüvə qüvvələrimizin yerləşdirilməsini tənzimləmək üçün səbəb yoxdur və Rusiyanın nüvə silahından istifadə etməyə hazır olduğuna dair heç bir əlamət görmürük. Biz NATO alyansı altında kollektiv müdafiəyə sadiq qalırıq”, - deyə vurğulanıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün “Rossiya-24” telekanalına müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyadan ölkəsində taktiki nüvə silahı yerləşdirməyi xahiş etdiyini bildirib. Rusiya lideri iyulun 1-də Belarusda taktiki nüvə silahı üçün anbarın tikintisinin başa çatacağını, nüvə başlığı daşıyan “İsgəndər” raket sistemlərinin isə artıq Belarusa verildiyini diqqətə çatdırıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM