satellite   Azerspace-1: 11135 H 30000

Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”

Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”

“Terror təşkilatlarında ciddi çöküş yaşanır”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar sərhəd xəttindəki qoşunların komandirləri ilə keçirdiyi videokonfransda deyib.

O bildirib ki, əldə olunan kəşfiyyat məlumatları və terror qruplaşmalarının “rəhbər şəxs”lərinin açıqlamaları belə deməyə əsas verir: “Demək olar ki, terror təşkilatlarına kimsə üzv olmur. Həmçinin terror qruplaşmalarından ayrılanlar, qaçanların sayı kifayət qədər çoxdur”.

H.Akar söyləyib ki, Türkiyənin terrorla mübarizəsi sonuncu terrorçu zərərsizləşdirilənədək davam edəcək: “Onların ədalətə təslim olmalarından başqa yolu yoxdur. Kimlərinsə terrorçuları dəstəkləməsinə rəğmən, biz mübarizəmizi davam etdirəcəyik. İnşallah, millətimizi terror bəlasından xilas edəcəyik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM