satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Suriyada hərbi mövcudluğunu saxlayacaq

ABŞ Suriyada hərbi mövcudluğunu saxlayacaq

ABŞ Prezidenti Co Bayden Suriyada Amerika qoşunlarının mövcudluğunu saxlamağı planlaşdırır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “interfax.ru”ya istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib.

“Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada qeydedilən qruplaşmaya qarşı vuruşan 1000-ə qədər hərbçimiz var. Bu qruplaşma azalsa da, hələ də canlıdır”, - deyə Kirbi CBS telekanalında bildirib.

Qeyd edək ki, ABŞ hazırda Suriyada kiçik hərbi birləşmələr saxlayır. Onlar, əsasən, bəzi neft və qaz yataqlarını nəzarətdə saxlayırlar. Rəsmi Dəməşq isə bu qüvvələrin öz ərazisindən çıxarılmasını tələb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM