satellite   Azerspace-1: 11135 H 30000

Moldovada NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlayıb

Moldovada NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlayıb

Moldovada NATO ölkələrinin iştirakı ilə hərbi təlimlərə start verilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Moldova Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, martın 27-də başlanan “JCET-2023” hərbi təlimlərində Moldovanın hərbçiləri ilə yanaşı, Rumıniya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiyanın hərbçiləri iştirak edirlər.

Aprelin 7-dək davam edəcək birgə hərbi təlimlər xüsusi təyinatlıların təcrübə mübadiləsinə, habelə iştirakçı kontingentlər arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəldiləcək.

Ssenariyə əsasən, dörd ölkənin hərbi qulluqçuları konkret tapşırıqlarla yanaşı, təkmil döyüş atışları, paraşütlə eniş, səhra təlimlərini yerinə yetirəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM