satellite   Azerspace-1: 11135 H 30000

Fransanın Türkiyədəki səfiri XİN-ə çağırılıb, etiraz notası verilib

Fransanın Türkiyədəki səfiri XİN-ə çağırılıb, etiraz notası verilib

Fransanın Türkiyədəki səfiri Herve Maqro Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi Ankaranın etiraz notası təqdim olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Türkiyə KİV-ə istinadən xəbər verir ki, notada PKK terror qruplaşmasının Suriyadakı qolu YPG üzvlərinin Fransaya səfəri, Senatda görüşlər keçirməsi və medalla təltif olunmalarına etiraz bildirilib.

Səfirin diqqətinə çatdırılıb ki, belə addımlar qəbuledilməzdir.

Notada PKK/PYD/YPG-nin Türkiyə və suriyalılara qarşı hücumlar təşkil etdiyi, bölgədə separatçı fəaliyyətlə məşğul olduğu və sabitliyi pozduğu vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM