satellite   Azerspace-1: 11135 H 30000

Ümrə zəvvarlarını daşıyan avtobus qəzaya uğrayıb: 20 ölü, 29 yaralı

Ümrə zəvvarlarını daşıyan avtobus qəzaya uğrayıb: 20 ölü, 29 yaralı

Səudiyyə Ərəbistanında Ümrə ziyarətinə gələnləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 20 nəfərin öldüyü bildirilir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərlərə görə, Məkkəyə gedən avtobusun əyləcində baş verən nasazlıq nəticəsində avtomobil körpüyə çırpılaraq yanmağa başlayıb. Qəza nəticəsində 20 nəfər ölüb, 29 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürənlərin göndərildiyi, yaralıların ətraf xəstəxanalara aparıldığı bildirilib.

Yerli mənbələr qəzaya uğrayan avtobusda Yəməndən olan Ümrə ziyarətçilərinin olduğunu söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM