satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Prezidenti ikinci Demokratiya Sammitində iştirak edəcək

Ukrayna Prezidenti ikinci Demokratiya Sammitində iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ikinci Demokratiya Sammitində iştirak edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə V.Zelenski videomüraciətində bildirib.

"Biz ABŞ-ın təşəbbüsü ilə bu həftə baş tutacaq mühüm beynəlxalq tədbirə hazırlaşırıq. Demokratiya Sammitində Ukrayna da iştirak edəcək”, - Zelenski deyib.

Qeyd edək ki, martın 29 və 30-da ABŞ demokratiyanın dünyada üzləşdiyi çətinlikləri və avtokratik rejimlərə müqavimət yollarını müzakirə etmək üçün ikinci Demokratiya Sammitini təşkil edəcək.

İkinci sammitə yeni iştirakçılar - Kosta-Rika, Niderland, Cənubi Koreya və Zambiyanın nümayəndələri qatılacaq. Ümumilikdə toplantıda 20-yə yaxın ölkənin iştirakı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM