satellite   Azerspace-1: 11135 H 30000

Aleksandar Vuçiç: ABŞ Avropada yeni blok yaradır

Aleksandar Vuçiç: ABŞ Avropada yeni blok yaradır

Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ-ın Avropada yeni blok yaratdığını və bunun ölkəsinə də təsir edəcəyini bildirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, A.Vuçiç bu bloka Polşa, Baltikyanı ölkələr və Ukraynanın daxil olduğunu deyib.

“Həmin beş ölkə ilə Fransadan böyük və Almaniyaya yaxın gücdə ölkə formalaşır. Deməli, bu beş ölkə və ya Rumıniya ilə birlikdə altılığın Almaniyadan sonra Avropada ən güclü olacağı aydındır. Biz Mərkəzi Avropa ölkəsi kimi mövqe tutmaq istəyirik, ona görə də Macarıstanla əlaqələrimiz getdikcə güclənir. Bu, bizim Avropa ilə münasibətlərimizin dinamikasını dəyişəcək. Bunun müsbət istiqamətdə olacağına inanmaq istəyirəm. Lakin Rusiya və Kosovoya qarşı sanksiyalar kimi məhdudlaşdırıcı amillər də var”, - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM