satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

Rusiya ordusu Ukraynanın Sumı vilayətinin Belopolye bölgəsinə aviasiya bombaları atması nəticəsində bir nəfər yaralanıb, dağıntılar var.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin (UPO) rəhbəri Andriy Yermak sosial şəbəkə səhifəsində bildirib.

“Düşmən Sumı vilayətinin Belopole bölgəsini atəşə tutmaqda davam edir. Rusiya idarəedilən aviasiya bombaları ilə aviazərbə endirib”, - A.Yermak yazıb.

O qeyd edib ki, bombardman nəticəsində iki şəxsi ev, ikimərtəbəli çoxmənzilli yaşayış binası, küçədən keçən aşağı təzyiqli qaz kəməri zədələnib.

Ofisin başçısı vurğulayıb ki, Rusiya Ukrayanda mülki obyektləri atəşə tutmaqla yeni taktikanı sınaqdan çıxarır:

“Bu, terrorçu-dövlətin tipik terrorudur”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM