satellite   Azerspace-1: 11135 H 30000

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

Rusiyanın 10-cu tank alayı texnikalarının böyük hissəsini Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərində gedən döyüşlərdə itirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının səhər saatlarına olan hesabatında vurğulanıb.

Bildirilib ki, son günlər Rusiya Donetskin Avdeyevka şəhərini mühasirəyə almağa üstünlük verir. Bu istiqamətdə çox cüzi irəliləyişə nail olsalar da, onlar çoxlu sayda zirehli texnika itirib.

Məlumata görə, 10-cu tank alayı şəhərin cənubunda tabeliyində olan döyüş maşınlarının böyük qismini itirib. Bu alay 2022-ci ilin avqustunda Ukraynaya müdaxiləni dəstəkləmək məqsədilə yaradılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM