satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna SQ: Baxmutun müdafiəsinin məqsədi Rusiya qoşunlarını zəiflətməkdir

Ukrayna SQ: Baxmutun müdafiəsinin məqsədi Rusiya qoşunlarını zəiflətməkdir

Baxmut şəhərinin müdafiəsinin məqsədi Rusiya qoşunlarını zəiflətmək və darmadağın etməkdir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski “Telegram”da yazıb.

Bildirilib ki, artıq aylardır ki, Baxmutu müdafiə edən ukraynalı hərbçilərlə görüşü zamanı Sırski onlara müraciət edib:

“Bu gün bizim əsas vəzifəmiz sayca üstün olan düşmən qüvvələrini darmadağın etmək və onları ağır itkiyə məruz qoymaqdır. Bu da, Ukrayna torpaqlarının azad edilməsinə öz töhfəsini verəcək və qələbəmizin sürətləndirilməsi üçün lazımi şərait yaradacaq”, - deyə general bildirib.

O həmçinin qeyd edib ki, Rusiya üçün Baxmutun ələ keçirilməsi Donbas üzərində tam nəzarətin yaradılması planının bir hissəsidir:

“Rusiya ordusu qüvvələri Baxmut istiqamətində qüvvələri cəmləşdirməyə davam edir və şəhəri ələ keçirmək cəhdlərindən əl çəkmir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM