satellite   Azerspace-1: 11135 H 30000

Fransada pensiya islahatına etiraz nümayişində polislə toqquşma olub

Fransada pensiya islahatına etiraz nümayişində polislə toqquşma olub

Fransada pensiya islahatlarına qarşı etiraz nümayişləri davam edir. Həmkarlar İttifaqlarının çağırışı ilə 10-cu ümummilli etiraz nümayişində Daxili İşlər Nazirliyinə görə 740 min, Həmkarlar İttifaqlarına (CGT) görə isə 2 milyondan çox nümayişçi iştirak edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Fransada pensiya islahatının Konstitusiyanın 49,3 maddəsi ilə qəbul edildikdən sonra hökumətə qarşı qəzəb səngimir. Parisdə, eləcə də digər şəhərlərdə polis və nümayişçilər arasında toqquşma baş verib. Bir çox şəhərdə polis su şırnağından və gözyaşardıcı qazdan istifadə edib.

Parisdə 27 nümayişçi saxlanılıb, 10 min yoxlama aparılıb.

Fransa paytaxtında Eyfel qülləsi, Versal sarayı, Zəfər tağı kimi abidələr işçilərinin tətil etdiyindən bağlı olub. Nümayişin sonunda aprelin 6-ı 11-ci səfərbərlik günü elan edilib.

Baş nazir Elizabet Born həmkarlar ittifaqlarını aprelin 4-də və ya 5-də danışıqlara dəvət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM