satellite   Azerspace-1: 11135 H 30000

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı peyvənd tövsiyələrini yumşaldıb

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı peyvənd tövsiyələrini yumşaldıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı peyvənd tövsiyələrini yumşaldıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, beynəlxalq qurum pandemiyanın hazırkı mərhələsində yalnız risk qrupları üçün son buster dozadan sonra əlavə peyvənd dozasını tövsiyə edir. Bu doza əvvəllər sağlam uşaq və yeniyetmələrə də şamil olunurdu, lakin yeni tövsiyələrdə qeyd edilən yeni doza yalnız yaşlı insanlar və bəlli risk faktorlarına malik şəxslər üçün nəzərdə tutulur.

ÜST həmçinin elan edib ki, iki peyvənd və bir busterdən ibarət baza immunlaşmadan sonra ”orta riskli” şəxslər üçün peyvənd mühafizəsi ümumi şəkildə tövsiyə edilmir. Eyni zamanda peyvəndləmə kampaniyaları üçün sağlam uşaq və yeniyetmələr “aşağı prioritet“ hesab edilməlidirlər.

Hazırda dünyanın müxtəlif ölkələri koronavirusa qarşı əhalinin peyvənd olunmasında fərqli strategiyalar həyata keçirirlər. Beynəlxalq qurumun immunlaşma üzrə ekspert qrupunun rəhbəri Hanna Nohinek bildirib ki, ağır xəstəlik gedişatına malik şəxslərin, eləcə də yaş və immun zəifliyindən asılı olaraq riskli qrupların peyvənd olunmasına ayrıca diqqət göstərilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM