satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Baxmutun itirilməsi kompromislər üçün təzyiqə səbəb ola bilər

Zelenski: Baxmutun itirilməsi kompromislər üçün təzyiqə səbəb ola bilər

Baxmutun müdafiəsi Ukrayna üçün hərbi və siyasi baxımdan vacibdir. Çünki şəhərin itirilməsi kompromislər tapmaq üçün təzyiqə səbəb ola bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Associated Press agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Baxmut itiriləcəyi təqdirdə Vladimir Putin bu “qələbədən” şübhəsiz ki, öz maraqları üçün istifadə edəcək.

Zelenski güman edir ki, Baxmut məğlubiyyətinin təzyiqi həm beynəlxalq ictimaiyyət tərəfindən, həm də Ukrayna daxilində sürətlə baş verəcək. "Cəmiyyətimiz özünü yorğun hiss edəcək. Cəmiyyətimiz məni onlarla güzəştə getməyə sövq edəcək", - deyə dövlət başçısı vurğulayıb.

Prezident əlavə edib ki, hazırda nə tərəfdaşlar, nə də ukraynalılar tərəfindən belə təzyiqlərlə üzləşmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM