satellite   Azerspace-1: 11135 H 30000

Ukraynadan rüsumsuz taxıl idxalı Bolqarıstanda etirazlar doğurur

Ukraynadan rüsumsuz taxıl idxalı Bolqarıstanda etirazlar doğurur

Bolqarıstanın taxıl istehsalçıları Ukraynadan rüsumsuz taxıl idxalına dair Avropa reqlamentinin ölkələrinə şamil edilməsinə qarşı üç günlük etiraz aksiyasına başlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, martın 29-dan 31-dək səhər saatlarında fermerlər ağır texnikalarla ölkənin şimalındakı Vidin, Ruse, Silistra və Kardam sərhəd məntəqələrinin yolunu bağlayacaq. Bu, nəticə verməyəcəyi təqdirdə aksiya davam etdiriləcək.

Bolqarıstanın buğda istehsalı assosiasiyası Ukraynadan ölkəyə dənli bitki tədarükünün aktivləşməsinin yerli məhsulların satışını çətinləşdirdiyini bildirib. Yerli fermerlər hökumətin dəstəyinə və bu reqlamentin Bolqarıstana şamil edilməyəcəyinə ümid bəsləyirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM