satellite   Azerspace-1: 11135 H 30000

Volodimir Zelenski Si Cinpini Ukraynada qəbul etməyə hazırdır

Volodimir Zelenski Si Cinpini Ukraynada qəbul etməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski ÇXR-in Sədri Si Cinpini Kiyevdə qəbul etməyə hazır olduğunu bildirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Ukraynanın dövlət başçısı bu barədə Associated Press agentliyinə müsahibəsində deyib. Agentliyin məlumatına görə, Volodimir Zelenski artıq Si Cinpinə səfər üçün dəvət göndərib.

Bir müddət öncə Ukrayna prezidenti ofisinin rəhbəri Mixaylo Podolyak iki lider arasında telefon söhbətinin planlaşdırıldığını, lakin onun təşkilində müəyyən çətinliklərin olduğunu deyib. Ukrayna tərəfi belə vəziyyətin Çinin mövqeyi səbəbindən yarandığını iddia edir.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin isə öz növbəsində Si Cinpinlə Volodimir Zelenski arasında mümkün telefon danışığı barədə hökumətin hələlik hər hansı informasiya təqdim edə bilmədiyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM