satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ABŞ-dən 1,25 milyard dollar yardım alıb

Ukrayna ABŞ-dən 1,25 milyard dollar yardım alıb

Ukrayna ABŞ-dən 1,25 milyard dollar təmənnasız yardım (qrant) alıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin saytında məlumat verilib.

“Bu gün, martın 29-da Ukraynanın dövlət büdcəsinə 1,253 milyard dollar məbləğində qrant vəsaiti daxil olub”, - məlumatda deyilib.

Qeyd olunub ki, bu vəsait ABŞ tərəfindən Dünya Bankının məqsəd fondu vasitəsilə Ukraynada dövlət idarəçiliyini təmin etmək üçün dövlət xərclərinin dəstəklənməsi üçün dördüncü əlavə maliyyələşdirmənin bir hissəsi kimi verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM