satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də təlim zamanı iki hərbi helikopter toqquşub

ABŞ-də təlim zamanı iki hərbi helikopter toqquşub

ABŞ Silahlı Qüvvələrinin iki helikopteri təlim zamanı səmada toqquşub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi bu barədə "BNO News Live" saytına istinadən xəbər verir.

Bildirilir ki, dünən yerli vaxtla saat 22:00 radələrində (Bakı vaxtı ilə 30 mart saat 06:00) Kentukki ştatında Fort-Kempbell hərbi bazasında 101-ci hava-desant diviziyasının iki helikopteri qəzaya uğrayıb. İnsident adi təlim missiyası zamanı baş verib. Ekipaj üzvləri iki “HH60 Black Hawk” helikopterində olublar.

Helikopterlərdə olan şəxsi heyətdən azı 9 nəfər həlak olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM